• cümə, 29 Mart, 13:34
  • Baku Bakı 14°C

Üçtərəfli görüşdə əsas diqqət İdlibdəki proseslərə yönələcək

14.09.19 10:21 560
Üçtərəfli görüşdə əsas diqqət İdlibdəki proseslərə yönələcək
Ankarada keçiriləcək üçtərəfli görüşdə əsas diqqət İdlibdəki proseslərə yönələcək.
Trend-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 16-sı Ankarada keçiriləcək Rusiya və İran liderləri ilə üçtərəfli görüş haqqında danışarkən deyib.
T.Ərdoğan bildirib: "Ankarada keçiriləcək üçtərəfli görüşdə əsas diqqət İdlibdəki proseslərə yönələcək. Müşahidə məntəqələri və terrorizmlə mübarizə məsələləri üzrə fikir mübadiləsi aparılacaq".
Türkiyə prezidenti qeyd edib ki, Ankara üçün ABŞ-ən PYD/YPG terrorçuları üzrə mövqeyi vacibdir: "Bu gün biz ABŞ bu məsələ üzrə mövqeyinin Türkiyənin maraqlarına cavab verdiyini deyə bilmərik".
T.Ərdoğan əlavə edib ki, Suriya məsələsi ABŞ prezidenti ilə Nyu-Yorkda keçiriləcək BMT-nin Baş Assambleyası çərçivəsində planlaşdırılan görüş zamanı da müzakirə ediləcək.
banner

Oxşar Xəbərlər