• cümə axşamı, 28 mart, 12:44
  • Baku Bakı 16°C

COVID-19-un ev şəraitində müalicəsi üçün artıq ikinci preparat qəbul olunub

28.12.21 09:15 330
COVID-19-un ev şəraitində müalicəsi üçün artıq ikinci preparat qəbul olunub
ABŞ-da COVID-19-un müalicəsi üçün "Merck&Co” (MRK.N) virusəleyhinə həblərin istehsalına razılıq verilib.
AZƏRTACAmerika KİV-lərinə istinadla xəbər verir ki, həblər yüksək risk qrupundan olan yaşlı pasiyentlər üçün nəzərdə tutulub. Bu, artıq ikinci preparatdır ki, onu evdə qəbul etmək mümkündür. Qida məhsullarının və dərmanların keyfiyyətinə sanitar nəzarəti üzrə administrasiyanın nümayəndələri bildiriblər ki, icazə verilən müalicə üsulları əlçatmaz və ya kliniki cəhətdən yolverilməz olan hallarda bu dərmandan istifadə etmək mümkündür.
"Ridgeback Biotherapeutics” şirkəti ilə birgə hazırlanan "Molnupiravir” preparatının yüksək risk qrupundan olan şəxslərin iştirakı ilə xəstəliyin ilkin mərhələsində aparılan kliniki sınaqları göstərib ki, o, xəstəxanaya yatırılmaların və ölüm hallarının sayını təqribən 30 faiz azalda bilir. Bu qərar həmin dərmandan xəstəliyin yüngül və orta ağır forması zamanı müalicə məqsədilə istifadə edilməsinə imkan verir. Yeni preparat "Pfizer” həbləri ilə yanaşı, hazırda Birləşmiş Ştatlarda geniş yayılan "omikron” variantına qarşı güclü vasitə ola bilər.
Sınaqların göstəricilərinə görə, bundan əvvəl, dekabrın 22-də "Pfizer” şirkətinin istehsalı olan "Pakslovir” 12 yaşdan yuxarı şəxslər üçün qəbul edilmişdi. Bu preparat xəstəxanaya yatırılmanın və pasiyentlər arasında ölüm hallarının qarşısının alınmasında təqribən 90 faiz effektliliyə malikdir.
banner

Oxşar Xəbərlər