• cümə, 19 Aprel, 04:49
  • Baku Bakı 18°C

COVID-19 pasportuna görə neçə nəfər cəzalandırılıb? - AÇIQLAMA

07.09.21 12:56 260
COVID-19 pasportuna görə neçə nəfər cəzalandırılıb? - AÇIQLAMA
Sentyabrın 1-dən Azərbaycanda ictimai iaşə müəssisələrində, iri ticarət mərkəzlərində və mehmanxanaların qapalı məkanlarında göstərilən xidmətlərdən istifadə COVID-19 pasportu, immunitet sertifikatı əsasında təşkil olunur.
Mövcud vəziyyət, aparılan monitorinqlər bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, sentyabr ayının 1-dən bu günə qədər aşkarlanan hüquq pozuntuları sırasında respublika üzrə 19 ictimai iaşə obyektində (restoran, kafe, çay evi) 18 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq edilib. Onların sırasında inzibati həbs və cinayət işi yoxdur, yalnız 1 fakt üzrə araşdırma aparılır.
"Aparılan təhlillər və monitorinq nəticələri göstərir ki, müəyyən olunan qayda və tələblərə ictimai iaşə müəssisələrində, iri ticarət mərkəzlərində və mehmanxanalarda ciddi əməl olunur. Bu qaydalara əməl edən, işinə və fəaliyyətinə məsuliyyətlə yanaşan fiziki, hüquqi və vəzifəli şəxslərə minnətdarlıq edirik”, - deyə E. Hacıyev qeyd edib.
banner

Oxşar Xəbərlər