• cümə, 26 Aprel, 18:22
  • Baku Bakı 22°C

COVID-19 infeksiyası uşaqlarda qastroenteritə səbəb olur

17.07.21 14:45 282
COVID-19 infeksiyası uşaqlarda qastroenteritə səbəb olur
Yeni növ koronavirus (COVID-19) infeksiyası uşaqlarda qastroenteritə səbəb olur. COVID-19-un klinik əlamətləri arasında ishal və qusmaya rast gəlindikdə simptomatik müalicəyə üstünlük verilir. Lakin yeni növ koronavirus mədə-bağırsaq sisteminə təsir göstərsə də, hər belə narahatlığı COVID-19 adlandırmaq olmaz.
AZƏRTACxəbər verir ki, bunu Elmi-Tədqiqat Pediatriya İnstitutun pediatrı Azər Əhmədov "Uşaqlarda qastroenteritlər” mövzusundakı çıxışı zamanı deyib.
Həkim-pediatr bildirib ki, Milli Peyvənd Təqviminə əsasən vurulan vaksinlərin vaxtı yubadıldıqda uşaqlarda qastroenteritə (mədə və nazik bağırsağın selikli qişasının iltihabı) daha çox rast gəlinir: "Altı ayı tamam olmamış uşaqlarda maye itkisi həyati vacib orqanların funksiyasını pozduğu üçün bu dövrdə peyvəndlərin vurulması vacibdir. Ümumiyyətlə qastroenteritin yaranmasına infeksion xəstəliklər səbəb olur. Yeni növ koronavirus (COVID-19) da virus infeksiyası olduğu üçün qastroenteritlərə ən çox səbəb olan viruslardandır”.
banner

Oxşar Xəbərlər