• cümə, 29 Mart, 01:44
  • Baku Bakı 7°C

COVID-19-a yoluxmuş diabet xəstəsinin qan şəkərinin səviyyəsini nəzarətdə saxlamaq vacibdir

15.01.22 17:30 347
COVID-19-a yoluxmuş diabet xəstəsinin qan şəkərinin səviyyəsini nəzarətdə saxlamaq vacibdir
Diabeti olan xəstələr istənilən virusa, o cümlədən yeni növ koronavirusa (COVID-19) yoluxduqda onların orqanizminin müqaviməti zəifləyir. Belə olan halda, həmin xəstələrin ürək-damar, tənəffüs və mərkəzi sinir sisteminin fəaliyyəti zəifləyir, ağırlaşmalar baş verir. Pnevmoniyaların ağır və uzun müddət davam etməsi, habelə tənəffüs çatışmazlığı ehtimalı xəstədə ciddi təhlükə yaradır. Ona görə də COVID-19-a yoluxmuş diabet xəstəsinin qan şəkərinin səviyyəsini nəzarətdə saxlamaq, qlikemik indeksi vaxtında korreksiya etmək vacibdir.
AZƏRTACxəbər verir ki, bu barədə həkim-endokrinoloq Səmayə Əliyeva məlumat verib.
Həkim-mütəxəssis bildirib ki, COVID-19-a yoluxduqda xəstənin qan şəkərinin səviyyəsini nəzarətdə saxlamaq mümkün olmadıqda patogen mikrofloranın çoxalması üçün əlverişli mühit yaranır: "Belə olan təqdirdə isə şəkərli diabet xəstələrində pnevmoniya müalicəsi çətinləşir, zəifləmiş orqanizm daha da tükənir. Odur ki, diabet xəstələrinin koronavirus infeksiyası ilə yoluxma riski yüksəkdir, lakin virusa yoluxma ehtimalı fərdi xüsusiyyətə görə dəyişir. Koronavirusa yoluxmamaq üçün belə xəstələr, ilk növbədə, gündəlik şəxsi gigiyenaya əməl etməlidirlər. İmmuniteti gücləndirməklə, həmçinin pəhriz qaydalarına əməl etməklə, xəstəliyin mənfi təsirini minimuma endirmək olar. Orqanizmin müqavimətini gücləndirməsinin əsas yolu düzgün qidalanma, müntəzəm idman, istirahət və normal yuxu rejimidir. Həmin xəstələrin müalicəsində pəhriz mühüm rol oynayır və şəkərin səviyyəsinin normal qalmasına kömək edir. Həmçinin belə xəstələr həkim məsləhəti olduğu halda mütləq peyvəndlənməlidirlər”.
banner

Oxşar Xəbərlər