• şənbə, 27 Aprel, 06:19
  • Baku Bakı 12°C

COVAX 1 milyard doza vaksinin çatdırılmasına kömək edib

16.01.22 09:40 547
COVAX 1 milyard doza vaksinin çatdırılmasına kömək edib

Koronavirus peyvəndinin ilk milyardlıq dozası COVAX mexanizmi vasitəsilə dünya ölkələrinə çatdırılıb.
"Report" xəbər verir ki, bu barədə Vaksinlər və İmmunlaşdırma üzrə Qlobal Alyans tviter səhifəsində məlumat yayıb.
Qeyd edək ki, COVAX təşəbbüsü Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Peyvəndlər və İmmunlaşdırma üzrə Qlobal Alyans tərəfindən 2020-ci ilin aprel ayında inkişaf etməkdə olan ölkələrin peyvəndlərə çıxışını təmin etmək üçün irəli sürülüb.
2020-ci ilin iyul ayına qədər 160-dan çox dövlət vaksinlərin mümkün qədər tez alınması və üçüncü dünya ölkələrinə paylanması üçün öz resurslarını birləşdirərək bu mexanizmə qoşulub.
banner

Oxşar Xəbərlər