AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Con Toşak: “Bütün hücumçular saçlarını azaltsın”

Con Toşak: “Bütün hücumçular saçlarını azaltsın”

İdman
21 İyun 2013, 18:28 1713
“Xəzər Lənkəran” futbol komandasının Almaniyada keçirdiyi təlim-məşq toplantısının ikinci günündə hazırlıq prosesi zamanı maraqlı olaylar yaşanıb. Lent.az-ın məlumatına görə, baş məşqçi Con Toşak qısaldılmış meydanda futbolçuları iki qrupa bölüb.

O, azərbaycanlı futbolçularla legionerləri ayrı-ayrı komandalara ayırıb. Bu zaman təkcə Adrian Pit və yeni transfer Junior Nildo yerli futbolçuların komandasında olub. Baş məşqçi qapıçıların olmadığı qapılara iki toxunuşdan istifadə etməklə qollar vurmağı tapşırıb. O, yalnız baş zərbəsi ilə qolların hesablanacağını deyib. Yarım saat ərzində daha yaxşı təsir bağışlayan yerli futbolçular ilk olaraq Kazım Kazımlı ilə hesabı açıb. Saçını qapıçı Toni Doblasa tamamilə kəsdirən Kazımlının fərqlənməsini görən Toşakın “bundan sonra bütün hücumçular Doblasın yanına gedib saçını azaltsın” zarafatı oyuna əlavə rəng qatıb. Nildonun ikinci qolunun daha baxımlı alınması da baş məşqçinin maraqlı etirafına səbəb olub: “Üç aya Lənkəranda belə gözəl başla vurulan qol görmədim. Nildo bizə çox kömək edəcək”.

Nəhayət, Kazımlının daha bir qolu ilə səhər məşqi yekunlaşıb.