• cümə, 19 Aprel, 07:33
  • Baku Bakı 13°C

Con Lennonun eynəyi hərracda 183 min dollara satılıb

14.12.19 14:37 408
Con Lennonun eynəyi hərracda 183 min dollara satılıb
Musiqiçi və"The Beatles"qrupunun üzvüCon Lennonun əfsanəvi dairəvi eynəyi hərracda137,5min funt sterlinqə(183 min dollardan bir qədər çox) satılıb.
"Report"un məlumatına görə, bu barədə"Sotheby's"Hərrac Evinin saytında bildirilir.
Eynək Con Lennona 1966-cı ildəRiçatd Lesterin"Mən müharibədə necə qalib gəldim"filmindəki roluna hazırlıq üçün verilib. Tezliklə bu aksessuar musiqiçinin obrazıyla möhkəm assosiasiya edilməyə başlayıb.
Eynəyi hərraca "Beatles" qrupunun təbilçisiRinqo Starın keçmiş sürücüsüAlan Herrinqçıxarıb. Herrinq bildirib ki, eynək 1968-ci ilin yayından ondadır. Lennon eynəyi maşının arxa oturacağına qoyub. Eynəyin şüşəsinin biri çərçivədən ayrılıb. Sürücü Lennondan eynəyi təmir edib-etdirməmək istədiyini soruşub. Musiqiçi ona bildirib ki, narahat olmasın, çünki eynək yalnız "obraz üçün" lazım olub.
Hərrac evinin saytında eynəyin kim tərəfindən alınması barədə məlumat verilməyib.
banner

Oxşar Xəbərlər