• çərşənbə, 24 Aprel, 22:47
  • Baku Bakı 23°C

Colan təpələrində Trampın adına yeni yaşayış məntəqəsi salınacaq

17.06.19 12:45 359
Colan təpələrində Trampın adına yeni yaşayış məntəqəsi salınacaq
İsrail hökuməti Colan təpələrində yaşayış məntəqəsinin tikiləcəyini təsdiq edib və ona Amerika lideri Donald Trampın şərəfinə "Ramat-Tramp" ("Tramp yüksəkliyi") adını verib.
"Report" "Haaretz" nəşrinə istinadən xəbər verir ki, İsrail hökuməti bu addımı Amerika liderinin Colan təpələrini İsrailin ərazisi kimi tanımasına təşəkkür əlaməti olaraq atıb.
"Biz uzun illərdən sonra yeni yaşayış məntəqəsi inşa etməyə və onu prezident Donald Trampın şərəfinə adlandırmağa hazırlaşırıq", - deyə İsrailin baş naziri Binyamin Netanyahu bildirib.
ABŞ prezidenti Donald Tramp öz növbəsində İsrailə və ölkənin baş naziri Binyamin Netanyahuya minnətdarlığını bildirib.
banner

Oxşar Xəbərlər