• cümə, 29 Mart, 09:54
  • Baku Bakı 5°C

Cinsi təcavüzdə ittiham olunur

24.06.20 13:30 766
Cinsi təcavüzdə ittiham olunur
"Liverpul”un futbolçusu Nabi Keyta cinsi təcavüzdə ittiham olunur.
Kaspi.az xəbər verir ki, Keytanı mançesterli qadın ittiham edir. Pontso Dilamini məsələ ilə bağlı "tvitter”də yazıb.
O bildirib ki, 25 yaşlı futbolçu ilə yanvar ayında əyləncə məslisində iştirak edib. Həmin məclisə Pontsonu rəfiqəsi dəvət edibmiş.
Qadın iddia edir ki, Keyta ona qarşı seksual hərəkətlər edib. O, futbolçunun ona pul təklif etdiyini də bildirib.
Dilamini bildirib ki, artıq Mançester və Liverpul polisinə şikayət edib. Amma qadının bu ittihamı ciddi qəbul edilmir. Sosial şəbəkələrdə bildirilir ki, Keyta ingilis dilində bilmir və dini inanclı biridir. Qadının, bu ittihamı məşhurlaşmaq üçün uydurduğu qeyd olunur.
banner

Oxşar Xəbərlər