• cümə, 26 Aprel, 07:15
  • Baku Bakı 12°C

Cinayət yolu ilə əldə edilən pul və əmlaka sərəncam verənləri həbs gözləyir

16.10.17 13:20 1254
Cinayət yolu ilə əldə edilən pul və əmlaka sərəncam verənləri həbs gözləyir
Prezidentin təklifi ilə Cinayət Məcəlləsinin 194-cü (Cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərəncam vermə) maddəsinin 1-ci bəndinə əlavə edilməsi nəzərdə tutulur.
APA-nın xəbərinə görə, layihəyə əsasən qabaqcadan vəd etmədən, cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitləri və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud onların əldə edilməsinin həqiqi mənbəyini gizlətmədən onlara sərəncam vermə əməlinə 3 ilədək azadlığın məhdudlaşdırılması cəzası da tətbiq olunacaq.
Mövcud sanksiyaya görə isə bu əmələ görə yalnız 3000 manata qədər miqdarda cərimə tətbiq edilir. Yeni cəzada mövcud cərimə cəzası qüvvədə qalır.
Layihə Milli Məclisin oktyabrın 20-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
banner

Oxşar Xəbərlər