• cümə axşamı, 25 aprel, 02:53
  • Baku Bakı 19°C

Ermənistanın sərhəddə törətdiyi təxribatla bağlı cinayət işləri açıldı - RƏSMİ

17.11.21 13:00 258
Ermənistanın sərhəddə törətdiyi təxribatla bağlı cinayət işləri açıldı - RƏSMİ
Ermənistan silahlı qüvvələrinin noyabrın 16-da Azərbaycanla sərhəddə törətdiyi təxribatla bağlı cinayət işi açılıb.

Kaspi.az xəbər verir ki, bununla bağlı Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

"Noyabrın 16-da Ermənistanın hərbi-siyasirəhbərliyinin göstərişi ilə həmin ölkənin silahlı qüvvələri tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtləri, eləcə də beynəlxalq hüququn fundamental norma və prinsipləri kobud şəkildə pozularaq Kəlbəcər və Laçın rayonlarında Azərbaycan Ordusunun mövqeləri müxtəlif çaplı artilleriya qurğularından atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri tərəfindən görülmüş tədbirlər nəticəsində dövlət sərhədində Ermənistanın törətdiyi təxribatın qarşısı alınıb.

Bununla belə, dərin təəssüf hissi ilə bildiririk ki, təxribat nəticəsində hərbi qulluqçularımızdan 7 nəfər şəhid olub və 10 nəfər yaralanıb.

Şəhid olmuş hərbi qulluqçular:

1) Əliyev Natiq Yusif oğlu;
2) Niftəliyev Ümüd Oruc oğlu;
3) Cabbarov Orxan Hətəm oğlu;
4) Ağayev Elçin Mərifət oğlu;
5) Xəlilov Murad Qalib oğlu;
6) Əliyev Elçin Ramil oğlu;
7) Əlizadə Elmin Samir oğlu.

Qeyd olunan faktlarla bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) və 29, 120.2.12 (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd) maddələri ilə cinayət işləri başlanıb.

Azərbaycan Respublikasının prokurorluq orqanları tərəfindən müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədi ilə zəruri olan sənədləşdirilmə aparılır və sübutların toplanılması həyata keçirilir”, - məlumatda qeyd edilib.
banner

Oxşar Xəbərlər