AZE | RUS | ENG |

Ceyms Bond haqqında yeni film sonuncu ola bilər

Ceyms Bond haqqında yeni film sonuncu ola bilər
İnternet şəbəkəsində Ceyms Bond haqqında filmin "Ölmək vaxtı deyil” adlı 25-ci hissəsinin çəkilişlərindən kadrlar yayılıb. Bu film sonuncu ola bilər.
AZƏRTAC "RuNews24” saytına istinadla xəbər verir ki, istifadəçilər Keri Fukunaqanın filminin Ceyms Bond haqqında franşizanın sonuncu hissəsi ola biləcəyini təxmin edirlər. Aktyor Deniel Kreyqin dublyoru 45 metrlik konstruksiyadan hoppanmanı yerinə yetirib. Bir çoxlarında belə bir sual yaranıb: Bond bundan sonra sağ qalacaqmı?
Bəzi fanatlar hesab edirlər ki, casus 007 həlak olacaq və "Ölmək vaxtı deyil” klassik serialın sonuncu hissəsi olacaq.
Daha əvvəl xəbər verilmişdi ki, Deniel Kreyqin sonuncu dəfə canlandıracağı Ceyms Bond ekoloji cinayətkarlar şəbəkəsini aşkarlayacaq. Filmin premyerası 2020-ci il aprelin 9-na planlaşdırılıb. Kino lentində, həmçinin Ana de Armas, Rami Malek, Kristof Valts, Lea Seydu çəkiliblər.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8818
GEL 1 1 Gürcüstan larisi 0.5743
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0992
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.7173
KWD 1 1 Küveyt dinarı 5.5905
TRY 1 1 Türkiyə lirəsi 0.3006