• cümə axşamı, 25 aprel, 21:39
  • Baku Bakı 21°C

Ceyhun Bayramovla Məhəmməd Cavad Zərif arasında telefon danışığı olub

20.07.21 18:15 272
Ceyhun Bayramovla Məhəmməd Cavad Zərif arasında telefon danışığı olub
20 iyul 2021-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən Kaspi.az-a bildirilib ki, nazirlər müqəddəs Qurban bayramı münasibətilə bir-birlərini təbrik edib, xalqlarımıza və ölkələrimizə sülh, əminamanlıq və tərəqqi arzu ediblər.
Nazirlər, həmçinin ikitərəfli əməkdaşlıq və regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıblar.
banner

Oxşar Xəbərlər