• şənbə, 20 Aprel, 08:49
  • Baku Bakı 14°C

Ceyhun Bayramovla Aİ-nin ali nümayəndəsi arasında telefon danışığı olub

13.11.20 09:00 387
Ceyhun Bayramovla Aİ-nin ali nümayəndəsi arasında telefon danışığı olub
12 noyabr 2020-ci il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell ilə telefon danışığı baş tutub.
XİN Mətbuat Xidməti idarəsindənAPA-ya verilən məlumata görə, tərəflər bölgədə mövcud olan son vəziyyət, tam atəşkəs və hərbi əməliyyatların dayandırılması ilə əlaqədar üçtərəfli bəyanatın imzalanması, o cümlədən BMT TŞ qətnamələri əsasında Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ətraf rayonlarından Ermənistan silahlı qüvvələrinin çıxarılması, məcburi köçkünlərin öz evlərinə geri qayıtması, humanitar xatakterli mübadilələrin həyata keçirilməsi, eləcə də yeni kommunikasiya xəttlərinin inşası da daxil olmaqla bütün kommunikasiyaların açılması kimi məsələlər ilə bağlı fikir mübadiləsi aparıblar.

Ali nümayəndə Cozef Borrell 10 noyabr tarixində Azərbaycan Prezidenti, Ermənistan Baş naziri və Rusiya Prezidenti tərəfindən üçtərəfli bəyanatın imzalanmasını müsbət dəyərləndirib. O, razılaşmaya hörmətlə yanaşılmasının və onun icrasının təmin edilməsinin vacibliyini qeyd edib. Cozef Borrell tərəflər arasında dialoqun davam etməsinin zəruriliyini vurğulayıb.
banner

Oxşar Xəbərlər