• cümə, 29 Mart, 14:15
  • Baku Bakı 14°C

Cənubi Koreyada “Hayşen”lə əlaqədar yüksək təhlükə səviyyəsi elan edilib

06.09.20 20:15 741
Cənubi Koreyada “Hayşen”lə əlaqədar yüksək təhlükə səviyyəsi elan edilib
Cənubi Koreyada "Hayşen” qasırğası ilə əlaqədar ən yüksək "ciddi” xəbərdarlıqsəviyyəsi elan edilib.
APA-nın xəbərinə görə, bu barədə "Renhap” agentliyi məlumat yayıb.
Bununla bərabər, ölkənin bir sıra regionlarında sürüşmə ilə əlaqədar maksimum təhlükə səviyyəsi elan olunub.
Prezident Mun Çje İn hökumətə və qasırğanın vuracağı Kanvondo əyalətinin yerli hakimiyyətinə dağıntıların qarşısını almaq üçün ciddi hazırlıq görməyi tapşırıb. Eyni zamanda dövlət başçısı sahil rayonlara əhalinin girişinin məhdudlaşdırılmasını tapşırıb.
banner

Oxşar Xəbərlər