• cümə axşamı, 28 mart, 21:23
  • Baku Bakı 13°C

Cənubi Koreya prezidenti və Macarıstanın Baş naziri Qazaxıstana səfər edəcək

20.04.19 11:15 427
Cənubi Koreya prezidenti və Macarıstanın Baş naziri Qazaxıstana səfər edəcək
Yaxın günlərdə Koreya Respublikasının prezidenti Mun Çje İn və Macarıstanın Baş naziri Viktor Orban Qazaxıstana rəsmi səfərə gələcək.
AZƏRTACxəbər verir ki, aprelin 21-23-də Koreya Respublikasının prezidenti Mun Çje İn Qazaxıstana ilk rəsmi səfəri çərçivəsində silsilə görüşlər keçirəcək.
Müzakirələrdə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Cənubi Koreya lideri ilə siyasi, ticari, iqtisadi, investisiya və mədəni-humanitar sahələrdə ikitərəfli əlaqələrin hazırkı vəziyyəti və perspektivləri, regional və beynəlxalq məsələləri müzakirə edəcək.
Dövlət başçısı aprelin 24-də Qazaxıstanda rəsmi səfərdə olacaq Macarıstan Baş naziri Viktor Orbanla da görüşəcək.
Macarıstanın Baş naziri Qazaxıstan prezidenti ilə iki ölkə arasında əməkdaşlıq və beynəlxalq məsələləri müzakirə edəcək.

banner

Oxşar Xəbərlər