• çərşənbə axşamı, 19 mart, 09:24
  • Baku Bakı 8°C

Cənubi Koreya İranın BMT-yə olan borcunu ödəyib

23.01.22 10:40 664
Cənubi Koreya İranın BMT-yə olan borcunu ödəyib

Cənubi Koreya hökuməti İranın BMT-yə üzvlük haqqı ilə bağlı yaranan borcunu ödəyib.
"Report” xəbər verir ki, bu barədə məlumat Cənubi Koreyanın Plan və Maliyyə Nazirliyinin saytında yerləşdirilib.
Qeyd olunub ki, Cənubi Koreya hökuməti ABŞ-ın Maliyyə Nazirliyi və BMT Katibliyi kimi müvafiq təşkilatlarla fəal əməkdaşlıq edərək, İranın 18 milyon ABŞ dolları məbləğində BMT-yə üzvlük haqqının ödənilməsini başa çatdırıb.
Qeyd olunur ki, ödəniş İranın ABŞ-ın sanksiyaları ilə əlaqədar Cənubi Koreya banklarında dondurulmuş aktivləri hesabına həyata keçirilib.
banner

Oxşar Xəbərlər