• şənbə, 20 Aprel, 15:46
  • Baku Bakı 23°C

“Cənub Qaz Dəhlizi” layihəsi Vyanada müzakirə olunacaq

15.01.19 21:33 538
“Cənub Qaz Dəhlizi” layihəsi Vyanada müzakirə olunacaq
Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi” layihəsi yanvarın 28-30-da Vyanada keçiriləcək Avropa Qaz Konfansında müzakirə olunan mövzulardan biri olacaq.
Trend bu barədə tədbirin saytına istinadən məlumat verir.
Qeyd olunur ki, konfrans zamanı "TAP və TANAP: qaz qəbuluna hazırlıq” və "Cənub Qaz Dəhlizinin inkişafı” mövzusları müzakirə olunacaq.
Bundan başqa, konfransın gündəliyinə mayeləşdirilmiş təbii qaza tələbat üzrə proqnozlar, "Şimal-Cənub” dəhlizinin inkişafi və digər məsələlər daxildir.
banner

Oxşar Xəbərlər