• cümə axşamı, 28 mart, 12:26
  • Baku Bakı 16°C

Cenevrədə Suriya üzrə danışıqların yeni mərhələsi iyunda keçiriləcək

20.05.17 17:21 733
Cenevrədə Suriya üzrə danışıqların yeni mərhələsi iyunda keçiriləcək
Suriya üzrə danışıqların yeni mərhələsinin iyunda keçiriləcəyi planlaşdırılır.
Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
"Dəqiq tarix Cenevrədə hotellərdəki vəziyyətdən asılıdır. Belə ki, burada paralel olaraqBMT-nin İnsan Haqları Şurasının sessiyası keçiriləcək", - danışıqların təşkilinə yaxın olan mənbə bildirib.
BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura dünən hələ danışıqların yeni mərhələsinin dəqiq tarixini söyləmək niyyətində olmadığını açıqlayıb. O, əvvəlcə bu məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurası və BMT baş katibi ilə məsləhətləşmək istəyir. Məsləhətləşmələr gələn həftəyə nəzərədə tutulub. Danışıqların yeni mərhələsi isə iyunda olacaq.
banner

Oxşar Xəbərlər