• cümə, 19 Aprel, 21:18
  • Baku Bakı 24°C

Cəlilabadda kütləvi dava: bir neçə nəfər xəsarət alıb

03.07.14 13:35 1032
Cəlilabadda kütləvi dava: bir neçə nəfər xəsarət alıb
Cəlilabad rayonunda həmyerlilər arasında kütləvi dava düşüb.
APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən gecə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.
Göytəpə şəhər sakini, 1990-cı il təvəllüdlü Elçin Əminağa oglu Tağıyev mal-qarasını otlaq sahəsindən evə gətirərkən mahnı oxuduğuna görə bir qrup həmyerlisi tərəfindən döyülüb.
Onun qabağını kəsən əli dəmir dəyənəkli şəxslər mahnı oxumasına görə irad tutaraq Elçin Tağıyevə bədəninin və baş nahiyəsinin ayrı-ayrı yerlərindən zərbələr vurublar.
Daha sonra Elçin Tağıyevin köməyinə yetişən Göytəpə şəhər sakinləri, 1989-cu il təvəllüdlü Cəmil Məmməd Ağayev və 1990-cı il təvəllüdlü Amil Məmməd oğlu Bəşirov da hücum edən şəxslərin təzyiqinə məruz qalaraq, müxtəlif bədən xəsarətləri alıblar. Daha sonra həmin şəxslər hadisə yerindən qaçıblar.
Hər üç yaralı Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və burada onlara müvafiq tibbi yardım göstərilib.
Polis rayon sakinlərinə xəsarət yetirən şəxslərin adlarını açıqlamayıb.
Faktla bağlı artıq Cəlilabad Rayon Polis Şöbəsində araşdırmalara başlanıb, hadisənin törədilməsində şübhəli bilinən şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində zəruri tədbirlər görülür.
banner

Oxşar Xəbərlər