• cümə axşamı, 28 mart, 16:37
  • Baku Bakı 16°C

Cəbhədəki son vəziyyət! Düşmən təxribatının qarşısı alınıb, atışma davam edir

24.03.20 12:21 976
Cəbhədəki son vəziyyət! Düşmən təxribatının qarşısı alınıb, atışma davam edir
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttinin Goranboy istiqamətində atəşkəs rejimini kobud surətdə pozmaqla təxribat törətməyə cəhd göstərib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bir hərbi qulluqçusu məhv edilib. Bir sutkaya yaxındır ki, düşmən hərbiçisinin meyiti qoşunların səngərləri arasındakı ərazidə qalır.
Hazırda bu istiqamətdə atışma davam edir, vəziyyət bölmələrimizin nəzarəti altındadır.
Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür.
banner

Oxşar Xəbərlər