• şənbə, 27 Aprel, 01:38
  • Baku Bakı 14°C

Cəbhədə atəşkəs pozulub

20.05.14 08:44 972
Cəbhədə atəşkəs pozulub
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
Ağdam rayonunun Novruzlu, Yusifcanlı, Şıxlar, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.
banner

Oxşar Xəbərlər