• şənbə, 20 Aprel, 06:43
  • Baku Bakı 14°C

Cavid Qurbanov: Cənub ilə Qərb arasında yeni loqistik dəhliz yaradıla bilər

07.06.17 10:50 2416
Cavid Qurbanov: Cənub ilə Qərb arasında yeni loqistik dəhliz yaradıla bilər
Məqsəd Azərbaycanın təbii coğrafi mövqeyindən istifadə edərək beynəlxalq yüklərin ölkəmizin ərazisindən keçərək daşınmasına nail olmaqdır. İnanırıq ki, bununla Azərbaycanın beynəlxalq nüfuzunu və iqtisadi imkanlarını daha da artacaq.
Bu sözləriAZƏRTAC-a müsahibəsində "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, deputat Cavid Qurbanov söyləyib.
O deyib ki, yaxın vaxtlarda Azərbaycan, Gürcüstan, İran, Ukrayna və Polşanın iştirakı ilə Cənub ilə Qərb arasında yeni loqistik dəhliz yaradıla bilər. Bunun üçün artıq danışıqlar gedir və ilkin addımlar atılıb.
C.Qurbanov deyib: "Polşanın daxilində, Slavkov deyilən ərazidə bizim ölçülərə uyğun, yəni 1520 ölçüdə 400 kilometr uzunluqda dəmir yolu xətti var. Bu da Avropa ölkələrindən yüklərin Azərbaycandan keçməklə Hindistan, Pakistan, İran və digər ölkələrə daşınmasında mühüm rol oynaya bilər. İlkin hesablamalara görə, bu yol üzərindən 72 milyon tona yaxın yük daşınır. Pul vahidi ilə ifadə etsək, Hindistan ilə Polşa arasındakı dövriyyə təqribən 3 milyard dollara yaxındır. İran ilə Ukrayna arasında isə təqribən 500-600 milyon dollar civarındadır.
Cavid Qurbanov deyib: "Astaradan Slavkoya olacaq yolun uzunluğu 3336 kilometrdir. Astaradan Rusiya ərazisindən keçməklə gedən yol isə 4 min kilometrdən çoxdur. Bizim təklif etdiyimiz yeni dəhliz Avropaya çıxış baxımından da sərfəlidir. Bu yol həm də, yaxın və təhlükəsizdir”.
"Yeni yol, eyni zamanda, Rumıniya, Bolqarıstan, eləcə də Türkiyədən keçməklə Avstriya və Londona qədər gedə bilər. Bu, həm də, 14-cü dəhliz ola bilər”, - deyə C.Qurbanov vurğulayıb.
banner

Oxşar Xəbərlər