• cümə, 26 Aprel, 08:04
  • Baku Bakı 12°C

Cavid Əbdul-Qədirov: “Meyarlara uyğun olmayan vətəndaşların əlilliyi dayandırılıb”

27.05.21 13:15 376
Cavid Əbdul-Qədirov: “Meyarlara uyğun olmayan vətəndaşların əlilliyi dayandırılıb”
"Son 3 ildə 7000-dən yuxarı saxta əlillik pensiyaları dayandırılıb".
APA-nın şimal bürosunun verdiyi məlumata görə, bunuXaçmaz Reabilitasiya Mərkəzində qazilərə göstərilən xidmətlərlə tanış olması üçün təşkil olunan mediaturda jurnalislərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdul-Qədirov deyib.
Onun sözlərinə görə, saxta əlillik dərəcələri yoxlanılmadan dayandırılmayıb. O bildirib ki, bu prosesdə hər bir vətəndaş dəvət olunub, əyani müayinədən keçirilib, ehtiyac olduğu təqdirdə ambulator və stasionar müalicənin epiqrizinə uyğun olaraq, ambulator qaydada labarator və Rengtgen müayinlər olunduqdan sonra əlillik meyarlarına uyğun olmayan vətəndaşların pensiyaları dayandırılıb.
"Hazırda həm sosial şəbəkələrdə, həm də vətəndaşlardan çoxlu müraciətlər var ki, mənim əlliyim kəsilib. Bugünkü halda heç kimin əlilliyinin kəsilməsi nəzərdə tutulmayıb. 2015-ci ildə əlilliyin uzaldılmasına dair qərarlar qəbul olunub. Bu müddət bitəndən sonra vətəndaşın əlillik müddəti dayanır. Yenidən "Forma 88" tərtib olunaraq müraciət olunduqda onun məsələsinə baxılır”, - deyə C. Əbdul-Qədirov əlavə edib.

banner

Oxşar Xəbərlər