• cümə, 29 Mart, 16:26
  • Baku Bakı 14°C

Casusluqda ittiham olunan polşalı milyoneri həbs edib

08.04.19 09:15 677
Casusluqda ittiham olunan polşalı milyoneri həbs edib
İspaniya polisi çoxdandır axtarışda olan polşalı milyoner Marek Falentanı həbs edib. Milyoner casusluqda və tanınmış siyasətçiləri gizlicə dinləməkdə ittiham olunur.
AZƏRTACxəbər verir ki, iddialara görə, məhz Marek Falentanın casusluqdakı səyləri nəticəsində liberallar 2015-ci ildəki seçkilərdə məğlub olmuşdular.
Farek Malenta bahalı restoranlarda xüsusi dinləmə sistemi yaradaraq orada yemək yeyən iş və siyasət adamlarının dinlənilməsi səbəbindən 2016-cı ildə Varşavada iki il yarım müddətə həbsə məhkum edilmişdi. Bu hadisə o zaman ciddi qalmaqallara səbəb olmuşdu. Məhz bu dinləmələrin nəticəsi olaraq, o zamankı xarici işlər nazirinin Polşa-ABŞ münasibətləri barədəki mənfi fikirləri mətbuatda dərc edilmişdi. Elə bu səbəbdən də o zamankı iqtidarın rəhbəri olan Baş nazir Donald Tusk mühafizəkarlarla mübarizədə uduzaraq hakimiyyətdən getmişdi.
İspan polisi axtarılan casusu Kulera şəhərindəki evində yaxalayıb. Həbs zamanı Falenta özünü evinin pəncərəsindən atmaqla təhdid edib, lakin sonra bu fikrindən vaz keçib.
Falentanın İspaniyaya nə zaman gəldiyi də sual altındadır. Polşa hüquq-mühafizə orqanları onun həbsinə sərəncam verib.
banner

Oxşar Xəbərlər