• cümə, 19 Aprel, 23:36
  • Baku Bakı 24°C

Cari ildə ölkədə 189 min tonadək metanol istehsal edilib

17.07.19 14:15 20914
Cari ildə ölkədə 189 min tonadək metanol istehsal edilib
Yarım ildə Azərbaycanda 52,5 min ton propilen (ondan əmtəəlik 52,4 min ton), 59,2 min ton polietilen, 71,5 min ton etilen, 188,7 min ton metanol (metil spirti) istehsal olunub.
Dövlət Statistika KomitəsindənAZƏRTAC-a verilən məlumata görə, yanvar-iyun aylarında kimya sənayesində məhsul buraxılışı ötən ilin eyni ayları ilə müqayisədə 30,4 faiz artıb. İyulun 1-nə 3,3 min ton propilen, 3,5 min ton polietilen və 31,6 min ton metanol hazır məhsul ehtiyatı kimi qalıb.
Hesabat dövründə əsas kimya məhsullarından propilen istehsalı 57 faiz, etilen istehsalı 18,7 faiz, polietilen istehsalı isə 1,2 faiz artıb.
banner

Oxşar Xəbərlər