AZE | RUS | ENG |

Cari ildə 926 minik avtomobili istehsal olunub

Cari ildə 926 minik avtomobili istehsal olunub
Bu ilin yanvar-may aylarında 926 minik avtomobili istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, beş ayda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 91,7 milyon manatlıq məhsul istehsal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 63,9 faiz, maşın və avadanlıqların istehsalı 15,8 faiz artıb, sair nəqliyyat vasitələrinin istehsalı isə 1,8 faiz azalıb.
Hesabat dövründə 631 traktor, 926 minik avtomobili istehsal olunub, fəvvarə armaturunun istehsalı 28 faiz, ştanqlı quyu nasoslarının istehsalı 38,6 faiz artıb.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9027
GEL 1 1 Gürcüstan larisi 0.5913
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1179
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1802
CHF 1 1 İsveçrə frankı 1.7276
KWD 1 1 Küveyt dinarı 5.5868
TRY 1 1 Türkiyə lirəsi 0.2989