Cari ildə 1874 uşağa reabilitasiya xidmətləri göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sağlamlıq imkanları məhdud
uşaqlar üçün nəzərdə tutulan reabilitasiya müəssisələrində cari ilin 9 ayı ərzində
bu kateqoriyadan olan 1874 uşağa reabilitasiya xidmətləri göstərilib.
Belə ki,
həmin dövr ərzində nazirliyin Uşaq Bərpa Mərkəzində 1543 uşaq stasionar və
ambulator şəraitdə bərpa müalicəsi prosedurlarına cəlb olunub. Müəssisədə
sağlamlıq imkanları məhdud uşaqlar tədris metodikaları əsasında tədris-peşə
yönümlü, sosial yanaşma əsaslı reabilitasiya tədbirləri ilə də əhatə ediliblər.
Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsində isə
331 sağlamlıq imkanları məhdud uşaq ambulator şəraitdə reabilitasiya kursları
keçiblər.
Hər iki
müəssisədə uşaqlara müxtəlif fizioterapevtik prosedurlarla yanaşı, peşəkar
psixoloq, loqoped, art-terapevt və s. xidmətləri də göstərilib.