Cari ildə 1,1 milyon tondan çox buğda idxal edilib

Cari ildə 1,1 milyon tondan çox buğda idxal edilib

İqtisadiyyat
19 Oktyabr 2019, 17:00 495
Bu ilin yanvar-sentyabr aylarında ölkəyə 1 milyon 112 min 878 ton buğda gətirilib.
AZƏRTAC Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, hesabat dövründə idxal edilən buğdanın dəyəri 240 milyon 747 min ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin eyni dövründə ölkəyə 151 milyon 427 min dollarlıq 829 min 249 ton buğda idxal edilib.