• çərşənbə axşamı, 16 aprel, 22:00
  • Baku Bakı 18°C

Üç filiz yatağının istismarı ilə bağlı Türkiyə şirkətləri ilə müqavilə imzalanıb

30.09.21 19:30 270
Üç filiz yatağının istismarı ilə bağlı Türkiyə şirkətləri ilə müqavilə imzalanıb
Azərbaycanın "Qaşqaçay”, "Elbəydaş” və "Ağduzdağ” filiz yataqlarının geoloji öyrənilməsi və istismarı məqsədilə Türkiyənin bu sahədə aparıcı şirkətləri olan "Eti Bakır A.Ş.” və "Artvin Maden A.Ş.” ilə müqavilələr imzalanıb.
Kaspi.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter” hesabında yazıb.
Nazir bildirib: "İnanırıq ki, atılan bu mühüm addım işğaldan azad edilmiş ərazilərdə hasilat sənayesinin işə salınması, yüksək potensialı olan yataqların tədqiqi və dövriyyəyə cəlb edilməsində əhəmiyyətli rol oynamaqla, regionun iqtisadi reinteqrasiyasını sürətləndirəcək".
banner

Oxşar Xəbərlər