• cümə, 29 Mart, 10:24
  • Baku Bakı 5°C

Böyük Vətən müharibəsində həlak olmuş azərbaycanlının cəsədi tapılıb

29.04.14 10:28 1187
Böyük Vətən müharibəsində həlak olmuş azərbaycanlının cəsədi tapılıb
Rusiyanın Krasnodar vilayətinin Krım rayonunun Sauk-Dere qəsəbəsi yaxınlığında Böyük Vətən müharibəsi zamanı döyüşlərdə həlak olmuş azərbaycanlı əsgərin cəsədinin qalıqları tapılıb.
APA-nın «Komsomolskaya Pravda» qəzetinə istinadən verdiyi məlumata görə, «Rusiya axtarış hərəkatı»nın Kuban bölməsinin rəhbəri Aleksandr Şepelyov bildirib ki, aşkarlanmış insan qalıqlarının yanında heç bir sənəd olmayıb.
Yalnız metal mehtərənin (yemək qabı) qapağında bıçaqla cızılmış Mahmudov soyadı həmin skeletin tədqiqi üçün imkan yaradıb.
"Kuban müharibə meydanı" axtarış sistemləri və arxiv materialları əsasında həlak olmuş əsgərin əslən Azərbaycandan olan, 1912-ci il təvəllüdlü Mahmudov Hacıverdi Canəhməd oğlu olduğu müəyyən edilib. O, 1941-ci ildə Siyəzən rayon komissarlığından Qızıl Orduya çağırılıb.
H.Mahmudov 1943-cü ilin yayında döyüşlərə Kubanda başlayıb. 7 avqust 1943-cü il tarixində döyüşlərdə göstərdiyi igidliyə görə həmin il avqust ayının 13-də «Qırmızı Ulduz» ordeni ilə təltif olunub. Təltif olunduğu gün H. Mahmudov döyüşlərdə itkin düşüb və onun ailəsinə bu barədə bildiriş göndərilib.
Hadisədən 71 il sonra H. Mahmudovun oğluna atasının qalıqlarının tapıldığı barədə məlumat verilib. «Rusiya axtarış hərəkatı»nın Kuban bölməsinin rəhbəri A.Şepelyov bildirib ki, H. Mahmudovun qalıqlarının basdırılması üçün vətəninə göndərilməsi, onun təltif olunduğu mükafatın isə varislərinə verilməsi nəzərdə tutulur.
banner

Oxşar Xəbərlər