• cümə axşamı, 25 aprel, 13:52
  • Baku Bakı 23°C

Böyük Britaniyanın Piel adası yeni “kral” və ya “kraliça”sını axtarır

19.01.22 09:30 572
Böyük Britaniyanın Piel adası yeni “kral” və ya “kraliça”sını axtarır
Böyük Britaniyanın Piel adası yeni kral və ya kraliçasını axtarır.
AZƏRTACxəbər verir ki, adaya seçiləcək kral və ya Kraliça "Ship Inn” adlanan klubu idarə edəcək və 1300-cü illərə aid qalanın qalıqlarına nəzarəti həyata keçirəcək.
Cumbria yaxınlığındakı ada üçün hərəkətə keçən Barrou Şəhər Şurası ən qeyri-adi işə qəbul proseslərindən birinə start verib. Şura aprel ayından başlayaraq 10 illik icarə əsasında bir nəfəri işə götürəcək. İşə götürüləcək şəxsdə olacaq keyfiyyətlər klub idarəçiliyi təcrübəsi, həmçinin təcrid və təklik sevgisidir. Çünki qeyri-müəyyən hava şəraiti səbəbindən o, uzun müddət adada qala bilər.
Adanın qeyri-adi ənənələri də var. Klubu icarəyə götürəcək şəxs "Piel kralı və ya kraliçası” elan edilir. Ənənəvi mərasimdə onun başına pivə tökülür.
Piel adasının kral və ya kraliçası üçün ən çətin vəziyyət, xüsusilə turistlərin sayının azaldığı qış aylarında vaxtının çox hissəsini tək keçirməli olmasıdır.
banner

Oxşar Xəbərlər