• çərşənbə axşamı, 19 mart, 08:35
  • Baku Bakı 8°C

Böyük Britaniya Parlamenti Brexit sazişini təsdiqləyib

10.01.20 11:00 421
Böyük Britaniya Parlamenti Brexit sazişini təsdiqləyib
Böyük Britaniya Parlamentinin alt qanadı olan İcmalar Palatası Brexit sazişini təsdiqləyib.
AZƏRTACxəbər verir ki, 330 nəfər sazişin lehinə, 231 nəfər isə əleyhinə səs verib.
Razılaşma gələn həftə Lordlar Palatasında müzakirə ediləcək. Müqavilə Lordlar Palatasından keçdiyi təqdirdə, Kraliça II Elizabet tərəfindən təsdiqlənərək qüvvəyə minəcək.
Əgər Lordlar Palatası razılaşma mətninə hər hansı bir dəyişiklik edərsə, müqavilə yenidən səsvermə üçün İcmalar Palatasına göndəriləcək.
Xatırladaq ki, İcmalar Palatası tərəfindən təsdiqlənən razılaşma, Britaniyanın Avropa İttifaqından çıxmasından sonra nəzərdə tutulan 11 aylıq keçid dövründə gömrük ittifaqının davam etdirilməsini və Aİ ölkələrinin mövcud hüquqlarının qorunmasını nəzərdə tutur.
banner

Oxşar Xəbərlər