AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Böyük Britaniya elm supergücünə çevriləcək

Böyük Britaniya elm supergücünə çevriləcək

Təfsilat
21 İyun 2021, 20:45 128
Böyük Britaniyanın Baş naziri Boris Conson ölkəsini elm supergücünə çevirəcəyini açıqlayıb.
O, tədqiqat büdcəsindəki artımı ölkəsini elm supergücünə çevirmək üçün xərcləyəcəyini bildirib. Conson söyləyib ki, tədqiqat büdcəsindəki artım ictimai rifah üçün istifadə ediləcək və ilk iş olaraq Milli Elm və Texnologiya Şurası yaradılacaq. Şuraya Conson özü rəhbərlik edəcək.
Hökumətin baş elm məsləhətçisi Patrik Vallans isə hazırkı vəzifəsi ilə yanaşı, milli texnoloji məsləhətçi vəzifəsini də icra edəcək.
Baş nazir Krallıqda həyata keçirilən peyvənd proqramının ölkəsinin elmi olaraq nəyə nail ola biləcəyini sübut etdiyini söyləyib.
Hökumət 2025-ci ilədək tədqiqat xərclərini 15 milyard funt sterlinqdən 22 milyard funt sterlinqə qədər artırmağı hədəfləyir.