• cümə axşamı, 28 mart, 22:03
  • Baku Bakı 13°C

Böyük Britaniya Aİ-dən "Brexit"in təxirə salınmasını istəyib

20.03.19 19:52 541
Böyük Britaniya Aİ-dən "Brexit"in təxirə salınmasını istəyib
Böyük Britaniya hakimiyyəti Avropa İttifaqına ölkənin təşkilatdan çıxmasını iyunun 30-a qədər təxirə salmaq barədə rəsmi sorğu göndərib.
Trend-in məlumatına görə, bu barədə ölkənin baş naziri Tereza Mey parlamentdə çıxış edərkən deyib.
Mey bildirib: "Mən bu gün Avropa İttifaqı Şurasının sədri Donald Tuska yazmışam və Böyük Britaniyanın "Brexit"i iyunun 30-a qədər təxirə salmaq istədiyi barədə məlumatlandırmışam".

Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker, öz növbəsində deyib ki, Aİ Böyük Britaniyadan martın 29-a planlaşdırılan "Brexit"in təxirə salınması barədə sorğu alıb.
Qeyd edək ki, Birləşmiş Krallığın Avropa İttifaqında gələcək üzvlük məsələsinə dair referendum 2016-cı ilin 23 iyulunda keçirilib. Referendumda "Brexit" tərəfdaşları 51,9 faiz nəticə ilə qalib gəliblər. Referendumun nəticəsinə görə Böyük Britaniya martın 29-u Avropa İttifaqından rəsmi olaraq çıxmalıdır.

banner

Oxşar Xəbərlər