• şənbə, 20 Aprel, 10:50
  • Baku Bakı 14°C

Buraxılış imtahanları yeni modellə həyata keçirilir

24.04.19 10:30 695
Buraxılış imtahanları yeni modellə həyata keçirilir
Dövlət İmtahan Mərkəzinin (DİM) aprelin 21-də 29 şəhər və rayonda 11-ci siniflər üçün keçirdiyi sonuncu buraxılış imtahanı orta ümumtəhsil müəssisələrində təhsil alan 22748 şagirdi əhatə edib. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Dövlət İmtahan Mərkəzinin mətbuata verdiyi məlumata görə, bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Aprelin 22-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılıb. Xatırladaq ki, aprelin 7-si və 14-də də buraxılış imtahanları keçirilib.
Valideynləri və abituriyentləri təkcə cavabların qiymətləndirilməsinin uzun vaxt aparması deyil, həmçinin qiymətləndirmənin insan faktoru ilə bağlı olması da narahat edir. Belə ki, açıq tipli tapşırıqlara abituriyentin verdiyi cavabların nə dərəcədə obyektiv qiymətləndirilməsi onlarda müəyyən suallar yaradıb. Məsələn, qızının aprelin 7-də buraxılış imtahanında iştirak etdiyini deyən valideyn Murad Əliyev, bu tipli suallara cavabların qiymətləndirilməsi zamanı obyektivliyin 100 faiz qorunacağını nisbi hesab edir: "Məsələ ondadır ki, bu tip sualların konkret cavab variantları yoxdur. Ona görə də qiymətləndirmə birbaşa insan faktorundan asılıdır. Bu zaman qiymətləndirmənin həqiqəti tam əks etdirib-etdirməyəcəyi, istər-istəməz, müəyyən suallar, şübhələr doğurur. Digər məqam isə cavabların çox gec elan olunması ilə bağlıdır”.
Bir neçə mərhələnin nəticəsi
Buraxılış imtahanlarının gedişatı, nəticələri və yaranan narahatlıqlar barədə "Kaspi”nin suallarını Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri XanlarXanlarzadəcavablandırdı. Onun bildirdiyinə görə, qurum ümumilikdə 7, 14, 21 aprel tarixlərində bütün ölkə üzrə11-ci sinifdə təhsil alanlar üçün buraxılış imtahanları keçirib. Bu imtahanlarda 79 mindən artıq abituriyentin iştirakı nəzərdə tutulurdu:"İmtahanların, xüsusilə buraxılış imtahanı kimi kütləvi imtahanlarınidarə edilməsi özlüyündə mürəkkəb bir prosesdir. İmtahanlarınkeçirilməsi, elmi-metodiki təminat, həmçinin təşkilati işlərə hazırlıqaylar öncədən başlanılır. Ümumilikdə, həm mart ayında9-cu siniflərin buraxılış imtahanlarının I mərhələsinin, həm dəaprel ayında 11-ci siniflərin buraxılış imtahanlarının (qəbulimtahanlarının birinci mərhələsi) uğurla həyata keçirildiyini deyəbilərik. İstər təşkilati, istərsə də elmi-metodiki baxımdan görülən işlərmüsbət qiymətləndirilib”. DİM rəsmisi qeyd etdi ki, imtahanlarda abituriyentlər tərəfindəntörədilən müəyyən qayda pozuntularına da rast gəlinib. Belə ki, hər dəfəimtahandan qabaq maarifləndirmə işləri aparılmasına, iştirakçılar üçünimtahandan öncə yaddaş kitabçaları hazırlanmasına, bütün qaydaların izahedilməsinə baxmayaraq, az da olsa, qayda pozmağa meyilli abituriyentlərə yenə dərast gəlinib: "Qeyd edim ki, bu abituriyentlərin imtahan nəticələri ləğvolunur və onlar qəbul imtahanlarının ikinci mərhələsinə buraxılmırlar. İlboyu görülən işlərlə yanaşı, hər imtahandan öncə də imtahanlardaiştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşlarıilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxışkeçirilir, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahanverməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsiməqsədi ilə imtahan mərkəzlərinə imtahandan 1 gün öncə təkrar baxışkeçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalarmöhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsininəməkdaşlarının mühafizəsinə verilir. İmtahan günü də şagirdlərin bilikvə bacarıqlarını nümayiş etdirmək üçün tam zəruri şərait yaradılır”.
X.Xanlarzadənin sözlərinə görə, bu imtahanlarda tapşırıqların müəyyən bir hissəsi açıq tipli, yəniyazılı cavab vermək tələb olunan tapşırıqlar olub. Yazı işləri (açıq tipli tapşırıqların cavabları) DİM və onun regionalbölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza(yoxlama) zallarında, qapalı şəraitdə, kompüter arxasında markerlərtərəfindən yoxlanılır. Markerlər hər birtapşırıq üzrə yazı işlərini məhz həmin tapşırığın xüsusiyyətləri nəzərəalınmaqla hazırlanan meyarlar əsasında qiymətləndirirlər: "Qeyd edək ki, yazı işlərinin markerlər tərəfindənyoxlanılmasına qədər materialların emalı bir neçə mərhələdən keçir. İlk növbədə tikilmiş və kitabça formasında olan cavab vərəqləri kəsilərək"scan” olunmaq üçün hazırlanır. Daha sonra hər bir yazı işi "scan”edilir və elektron təsvirləri əldə olunur. Bu mərhələdə proqramvasitəsilə şagirdi identifikasiya edə biləcək məlumatlar da vərəqlərdən silinərək şifrələnmə aparılır. Növbəti mərhələdə isə xüsusi proqramvasitəsi ilə yazı işlərinin tapşırıqlar üzrə elektron kəsilməsi həyata keçirilir və markerlərə təqdim olunur. Yoxlama zamanı markerinkompüterinin monitorunda yazı işinin müəllifi haqqında heç bir məlumat(ad, soyad, ata adı, şagird kodu, ünvan və s.) verilmir. Monitordayalnız yazı işi, yazı işini qiymətləndirmək üçün meyarlar və qiymətidaxil etmək üçün müvafiq sahə göstərilir”.
DİM rəsmisi bildirir ki, imtahan materiallarının emalı kifayət qədər mürəkkəb vəuzun müddət tələb edən bir prosesdir: "Məsələn, 9-cu siniflər üçün buraxılışimtahanlarında ümumi yazı işlərinin sayı 3062 546 olsa da, hər bir yazıişinin 2 marker tərəfindən qiymətləndirildiyini nəzərə alsaq(markerlərin qiymətləri arasında fərq yarandıqda, həmin yazı işi proqramtərəfindən 3-cü markerə göndərilir), ən azı, 6125 092 yoxlama işi həyata keçirilib. 2 istiqamətüzrə bu imtahanların nəticələri artıq elan olunub və yaxın 1 həftəərzində digər 2 imtahanın da nəticələri elan olunacaq”.
11-ci sinif şagirdlərinin imtahan nəticələrinin emalına gəldikdə isə, X.Xanlarzadəhazırda prosesin davam etdiyini bildirir: "Nəticələr əvvəlcədən elan olunduğu kimi, yayqəbul imtahanları keçirilənədək açıqlanacaq. Bir məsələni dəxatırladım ki, bu növ sonuncu imtahan hələ keçirilməyib və aprelin28-də təşkil olunacaq”.
Şagirdlər və valideynlər nəticələr elanolunarkən onlara məxsus səhifədə imtahan nəticələri, cavab vərəqinin önvə arxa üzünün qrafik təsviri, qapalı tipli tapşırıqların doğrucavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirməmeyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli vəqiymətləndirmə şkalası) ilə tanış ola biləcəklər.
İctimai nəzarət olanda...
Qeyd edək ki, ölkə başçısının 2016-cı il 16 yanvar tarixli sərəncamı ilə "İctimai iştirakçılıq haqqında” qanun qəbul olunub. Sənədə görə, bir sıra ali məktəblərdə, dövlət təşkilatlarında, nazirliklərdə, eyni zamanda Dövlət İmtahan Mərkəzində İctimai Nəzarət Şurası yaradılıb. Əgər əvvəllər yalnız imtahanlar zamanı bu proses həyata keçirilirdisə, artıq yeni təşəbbüs bütün tədris prosesini əhatə edir. Belə ki, İctimai şuralar təsis olunan qurumlarda şura üzvləri imtahanların gedişatını izləyir, "qaynar xətt”ə nəzarəti təşkil edir, "Açıq qapı”larda, həmçinin şikayətlərin birgə araşdırılmasında iştirak edirlər.
İctimai Şuranın üzvü Etibar Əliyev buraxılış imtahanının gedişatını izləmək üçün DİM-ə dəvət olunduğunu deyir: "Təxminən 25 minə yaxın abituriyentlər və keçmiş məzunlar, şagirdlər sınaq imtahanında iştirak elədi. Biz prosesin necə şəffaf təşkil olunmasının texnoloji baxımdan şahidi olduq. Prosesdə insan faktoru heç bir pillədə görsənmir. Baxmayaraq ki, açıq tipli tapşırıqlarda mətnlərin tərtibi, mətnlərin kriteriyalar üzrə anlaşılması markerlər tərəfindən yoxlanılır. Markerlər böyük zaman kəsiyində təlimlərdən keçirlər. Bir şagirdin mətni anlayıb-anlamamasını və ya nə dərəcədə anlamasını göstərən açıq tipli test tapşırığına onun tərəfindən verilmiş cavabı bir deyil, iki marker yoxlayır. Əgər onların qiymətləndirilməsi arasında kəskin fərq olarsa, üçüncü marker yoxlayır. Bu da zaman baxımından uzun çəkir. Hesab edirəm ki, bunun ayrı yolu da yoxdur”.
Artıq kurikulumun 11-ci siniflərdə tətbiq olunduğunu deyən təhsil eksperti hesab edir ki, bacarıqların üzə çıxarılması üçün birmənalı olaraq açıq tipli test tapşırıqlarının verilməsi labüddür: "Burada 22-nin 8-ə olan nisbəti abituriyentlərin xeyrinədir. Tapşırığın 8-i açıq tipli test tapşırığıdır. Onların yalnız 3-ü mətnin dərk olunması şərhini əhatə edir. Bizim gəldiyimiz qənaət ondan ibarətdir ki, burda valideynlərin narahatlığına heç bir əsas yoxdur. Əgər biz məktəbin qarşısına qoyduğumuz yeni tələblərin əldə olunmasını istəyiriksə, bu cür yazmaq, şərh etmək, riyaziyyat bacarıqlarının olması vacibdir. Hesab edirəm ki, DİM-in əsas niyyəti bundan ibarətdir ki, bacarıqlar dəqiq ölçülsün və təhsilin qarşısında qoyulan bir sıra vəzifələrin yerinə yetirilməsi imtahan prosesində öz əksini tapsın».
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər