• çərşənbə, 24 Aprel, 20:43
  • Baku Bakı 23°C

Builki ən yaşlı və ən gənc tələbələr məlum oldu

07.09.21 15:35 303
Builki ən yaşlı və ən gənc tələbələr məlum oldu
Ali məktəblərə bu il keçirilən qəbul imtahanlarında uğur qazanan ən yaşlı və ən gənc tələbələr məlum olub.
Dövlət İmtahan Mərkəzindənbildirilib ki, tələbə adını qazanan ən yaşlı abituriyentin 52 yaşı var.
Belə ki, V qrup üzrə keçirilmiş qəbul imtahanlarında iştirak edən 1969-cu il təvəllüdlü Səttarov Mehman Süleyman oğlu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olunub. 52 yaşlı tələbə universitetin Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisası üzrə əyani təhsil alacaq.
DİM-dən bildirilib ki, bu il tələbə adını qazanan ən gənc abituriyent 2006-cı il təvəllüdlüdür. 15 yaşlı Səfərli Həmid Xaqani oğlu IV qrup üzrə keçirilən qəbul imtahanlarında yüksək nəticə göstərərək, Azərbaycan Tibb Universitetinə qəbul olunub. O, dövlət sifarişi əsasında, əyani təhsil alacaq. (Modern.az)
banner

Oxşar Xəbərlər