• cümə axşamı, 18 aprel, 10:35
  • Baku Bakı 12°C

Bu tərəvəz əhvalı yüksəldir

07.08.20 11:30 569
Bu tərəvəz əhvalı yüksəldir
Yemişin lətindəki faydalı maddələr insanın sinir sisteminə müsbət təsir edir və əhvalı yüksəldir.
"Report” "Moskva” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın paytaxtı Moskvanın Səhiyyə Departamentinin dietoloquAntonina Starodubovasöyləyib.
"Yemişin faydası onun böyük çeşidli tərkibi ilə əlaqəlidir. Qovun A, C, B, E kimi vitaminlər, fol turşusu, beta-karotin, kalium, maqnezium, fosfor, kobalt, silisium kimi miniral maddələrin zəngin mənbəyidir”, - dietoloq qeyd edib.
A.Starodubovanın sözlərinə görə, belə zəngin tərkibin sayəsində yemiş antioksidant xüsusiyyətlər, sidikqovucu təsirlərə malikdir, həmçinin sinir və ürək-damar sisteminə müsbət təsir göstərir, əhvalı yüksəldir, mədə-bağırsaq traktatının fəaliyyətini normallaşdırır. Bundan başqa, yemiş ateroskleroz və onkoloji xəstəliklərin inkişafına əngəl olur.
Bununla belə, mütəxəssis gündə 400 qramdan çox qovun yeməməyi tövsiyə edib.
banner

Oxşar Xəbərlər