Bu tələbələr Azərbaycan klublarına rəqib ola bilərlər
Uels
çempionatının yekununa görə, tələbələrin oynadığı komanda Avropa Liqasına vəsiqə
qazanıb.
Kaspi.az xəbər
verir ki, çempionatın yekununa görə, "Kardiff Metropolitan” Avroliqaya vəsiqə əldə edib. Bu komandanın
heyətində Kardiff Universitetinin tələbələri oynayırlar.
Komanda
Avroliqaya vəsiqə verən pley-off qarşılaşmasında "Bala Taun”a qalib gəlib.
Qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Penalti seriyasında
isə tələbələr üstün olublar.