• cümə axşamı, 28 mart, 19:48
  • Baku Bakı 13°C

Bu şəxslər üçün buraxılış imtahanları təkrar sentyabrda təşkil ediləcək

01.06.20 12:45 422
Bu şəxslər üçün buraxılış imtahanları təkrar sentyabrda təşkil ediləcək
Üzrlü səbəblərdən iştirak edə bilməyənlər üçün buraxılış imtahanları təkrar sentyabrda təşkil ediləcək.
Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, amma indi ali məktəblərə qəbul olmaq istəyənlər mütləq şəkildə iyunda keçiriləcək buraxılış imtahanlarında iştirak etməlidirlər: "Onlar bu imtahanı verməlidirlər ki, ali məktəblərə qəbul müsabiqəsində iştirak edə bilsinlər, amma ali məktəbə qəbul olmaq istəməyənlər sentyabrda da imtahan verə bilərlər”.
banner

Oxşar Xəbərlər