• cümə, 19 Aprel, 20:37
  • Baku Bakı 24°C

“Bu, qeyri-dost addımdır”

19.09.17 19:34 967
“Bu, qeyri-dost addımdır”
"Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi barədə qərar təəccüb, ciddi sual və dərin təəssüf doğurur”. Bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət HacıyevAZƏRTAC-a müsahibəsində deyib.
H.Hacıyev qeyd edib ki, Azərbaycan ilə Rusiya arasında humanitar əlaqələrin inkişafında mühüm rol oynayan Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi barədə qərar siyasi baxımdan qeyri-dost addım kimi qiymətləndirilir. Bu, Rusiya və Azərbaycan tərəfindən bəyan olunan və iki ölkə arasında strateji tərəfdaşlıq zəminində inkişaf edən yüksək səviyyəli əlaqələrə ciddi zərbə vurur.
XİN rəsmisi bildirib ki, Rusiya Federasiyası məhkəməsinin bu qeyri-dost xarakterli qərarının məqsədini başa düşmək çox çətindir: "Xüsusilə o halı nəzərə almalıyıq ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir və bu status tərəflərə münasibətdə tarazlı yanaşmanın nümayiş etdirilməsini tələb edir. ÜAK-ın ləğvi ilə Rusiyada yaşayan Azərbaycan icması nümayəndələrinə münasibətdə qeyri-ədalətli yanaşma tətbiq olunduğu halda, Rusiya Erməniləri İttifaqına tam dəstək göstərilir və bu qurum fəaliyyətini davam etdirir. Hər bir halda Rusiya Federasiyasının məhkəmə orqanlarının Ümumrusiya Azərbaycanlıları Konqresini ləğv etmək siyasəti təəccüb, ciddi sual və dərin təəssüf doğurur”.
banner

Oxşar Xəbərlər