• cümə axşamı, 25 aprel, 18:39
  • Baku Bakı 21°C

Bu ölkəyə Azərbaycan neftinin tədarükü iki dəfə artırıb

27.08.21 11:40 247
Bu ölkəyə Azərbaycan neftinin tədarükü iki dəfə artırıb
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə müəssisəsi "SOCAR Energy Ukraine" bu ölkəyə Azərbaycan neftinin tədarükünü əvvəlki dövrlə müqayisədə iki dəfə artırıb.
BunuTrend-ə Ukraynanın "A-95 Konsaltinq Qrupu" şirkətinin direktoru Sergey Kuyun deyib.
Onun sözlərinə görə, Ukrayna Azərbaycan neftinin tədarükü aylıq 300 min ton çatıb. Bundan əvvəl, bu göstərici ayda 150 min ton təşkil edirdi:
"Tədarükün artımı Kremençuq şəhərində "Ukrtatnafta" neft emalı zavodunun maksimum emal gücünə çatması ilə əlaqədardır. Hazırda zavod sutkada 14 min ton neft emal etmək gücündədir".
Ekspert bildirib ki, Ukraynada 70 yanacaqdoldurma məntəqəsi məxsusdur və bu, bazarın bir faizini təşkil edir:
"SOCAR New Energy" şirkəti bu ildən "Rosneft" şirkətinin neft məhsullarının iri həcmdə tədarükçüsünə çevrilib, eləcə də ötən il "Glusco" yanacaqdoldurma şəbəkəsini əldə edib".
banner

Oxşar Xəbərlər