Bu komanda məşqləri bərpa etdi
Almaniyanın
"Şalke” klubu kollektiv məşqləri bərpa edib.
Kaspi.az
xəbər verir ki, komanda iki həftəlik karantin müddəti başa çatandan sonra belə
addım atıb. Futbolçular Helzenkirhendəki bazada toplaşaraq təmassız məşqlər
ediblər.
Futbolçular
məşq zamanı bir-biri ilə məsafə saxlayıblar. Bundesliqa koronavirusa görə
dayandırılıb.
Çempionatın
nə vaxt bərpa olunacağı ilə bağlı dəqiq tarix deyilmir. Amma bunun aprelin
30-dan tez olmayacağı bəllidir.