Bu il Ukraynada dövlətə xəyanətə görə 46 nəfər barəsində cinayət işi açılıb
Ukrayna Təhlükəsizlik Xidməti 2018-ci il ərzində 46 nəfər barəsində dövlətə xəyanət maddəsi ilə cinayət işi açıb.
AZƏRTACyerli mətbuata istinadla xəbər verir ki, hesabat dövründə 4 nəfər barəsində casusluq maddəsi ilə cinayət işi aparılıb.
2014 və 2018-ci illərdə isə 218 nəfər barəsində dövlətə xəyanət, 13 nəfər barəsində isə casusluq maddəsi ilə cinayət işi açılıb.