• şənbə, 20 Aprel, 03:25
  • Baku Bakı 15°C

Bu il son 100 ilin ən soyuq qışı olacaq

19.09.13 09:18 1630
Bu il son 100 ilin ən soyuq qışı olacaq
Qarşıdan gələn qış Avropaya anomal şaxtalar gətirəcək. Soyuq havaların əsrlik rekordu qıracağı da istisna edilmir. Trend-in məlumatına görə, bu barədə Rusiyanın "Novıye isvestiya" qəzeti xəbər verir.
Proqnozlar iqlim indekslərinin hesablanmasına əsaslanır. Bu qış Artktikadan daxil olan hava kütlələri Avropa üzərində bir-birinə qarışacaq ki, bunu da nəticəsində şiddətli şaxtalar olacaq. Bundan başqa, həmin dövrdə Günəşin aktivliyi də azalacaq.
Qəzetin yazdığna görə, belə soyuq hava şəraiti Rusiyada müşahidə olunmayacaq. Belə ki, ölkə regionlarının əksəriyyətində qarşıdakı qış 70 faiz ehtimalla iqlim normaları səviyyəsində olacaq. Bu zaman yalnız Uzaq Şərq istisna təşkil edir ki, orada havanın temperaturu çoxillik iqlim rəqəmlərindən aşağı düşə bilər.
Xatırladaq ki, ötən mövsüm Avropada baş verən görünməmiş şaxtalar yüzlərlə insan həyatını məhv etmişdi. İtaliyada qar yığınları bir neçə kilometrlik tıxaclara, aviareyslərin və futbol matçlarının ləğv edilməsinə səbəb olmuşdu. Böyük Britaniyada isə fevralda yağan qar nəticəsində demək olar ki, ölkənin bütün avtomobil yollarında hərəkəti iflic etmişdi.
banner

Oxşar Xəbərlər