• cümə axşamı, 04 sentyabr, 22:40
  • Baku Bakı 28°C

Bu il Oğuzda qarğıdalı sahəsi 88 hektar artırılıb

09.10.17 10:20 2084
Bu il Oğuzda qarğıdalı sahəsi 88 hektar artırılıb
Cari mövsümdə Oğuz rayonunda 346 hektar qarğıdalı sahəsindən məhsul yığımı gözlənilir. Qarğıdalı bitkisinin əkin sahəsi ötən illə müqayisədə 88 hektar artırılıb. Hazırda təsərrüfatlarda qarğıdalı yığımı davam edir. İndiyədək 169 hektar sahənin məhsulu yığılıb, 827 ton dən qarğıdalı istehsal olunub.
Bu barədəAZƏRTAC-a Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Rayonda qarğıdalı istehsalı ilə məşğul olan iri fermer təsərrüfatlarından biri də Bucaq kəndində fəaliyyət göstərir. Təsərrüfat rəhbəri Rəftar ƏhmədliAZƏRTAC-a bildirib ki, iki ildir, bu işlə məşğul olur. Bu il 90 hektar sahədə qarğıdalı əkib, yaxşı da məhsul yetişib. Fermer deyib ki, hava şəraiti imkan verərsə, builki mövsümdə qarğıdalı sahəsinin hər hektarından 90-100 sentner məhsul götürməyi planlaşdırır. Təsərrüfatda qarğıdalı yığımına yaxın günlərdə başlanılacaq.
banner

Oxşar Xəbərlər