• cümə, 29 Mart, 12:38
  • Baku Bakı 14°C

Bu il investisiya layihələrinin maliyyələşdirilməsinə 50 milyon manata yaxın güzəştli kredit verilib

24.09.21 15:45 265
Bu il investisiya layihələrinin maliyyələşdirilməsinə 50 milyon manata yaxın güzəştli kredit verilib
Özəl sektora dövlət dəstəyi çərçivəsində 2021-ci ilin yanvar-avqust ayları ərzində 945 investisiya layihəsinin maliyyələşdirilməsinə 48,4 milyon manat güzəştli kredit verilib.
Kaspi.az-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter hesabında yazıb.
Nazir bildirib ki, güzəştli kreditlərin 59,2%-i kənd təsərrüfatı, 24,2%-i sənaye məhsullarının istehsalı və emalı, 16,6%-i isə digər sahələrə verilib. Kreditlərin 97,5%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür:
"Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1.400-dən çox yeni iş yerinin açılmasına imkan yaradacaq".
banner

Oxşar Xəbərlər