• cümə, 19 Aprel, 04:46
  • Baku Bakı 18°C

Bu il Bakı metrosu 20 yeni vaqon alacaq

14.01.22 11:41 542
Bu il Bakı metrosu 20 yeni vaqon alacaq
Bu il "Bakı Metropoliteni" QSC daha 4 yeni qatar və yaxud 20 yeni vaqon alacaq.
Bu barədə"Report"a qurumdan bildirilib.
Məlumata görə, yeni qatarlar (vaqonlar) əvvəlki illərdə olduğu kimi yenə də Rusiyaya məxsus "Transmaşholdinq” SC-nə daxil olan "Metrovaqonmaş” müəssisəsinin istehsalı olacaq. Hazırda Bakı metrosunda həmin müəssisəyə məxsus 19 qatar (95 vaqon) var.
"Təkcə ötən ilin II yarısında 81-765B/766 B seriyalı 4 yeni qatar (20 yeni vaqon) xəttə buraxılıb. Hər gün 40-46 qatarın hərəkətdə olduğunu nəzərə alaraq, bununla xətdə olan qatarların təxminən 50%-nin yenilənmiş olduğunu söyləmək mümkündür", - deyə səhmdar cəmiyyətindən qeyd olunub.
banner

Oxşar Xəbərlər