Bu il azyaşlıların əxlaqsızlığa cəlb edilməsi üzrə 57 cinayət işi başlanılıb

Bu il azyaşlıların əxlaqsızlığa cəlb edilməsi üzrə 57 cinayət işi başlanılıb

Kriminal
21 Noyabr 2019, 13:22 111
Bu ilin I yarısında Azərbaycanda azyaşlıların cinsi toxunulmazlığı, cinsi azadlığı əleyhinə olan cinayətlər, habelə azyaşlıların fahişəliyə, əxlaqsızlıq əməllərə cəlb edilməsi üzrə 57 cinayət işi başlanılıb.
Trend-in məlumatına görə, bunu Baş Prokurorluğun Daxili İşlər orqanlarının istintaq, təhqiqat və əməliyyat - axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini Mehman Xankişiyev "Uşaqlara qarşı zorakılığın qarşısının alınması və ləğv edilməsi" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, həmin cinayət işlərinin 12-si Cinayət Məcəlləsinin 150-ci maddəsi, 40-ı 152-ci maddəsi, 5-i 153-cü maddəsi üzrə olub.
M.Xankişiyev əlavə edib ki, bu ilin birinci yarımilində ümumilikdə 38 cinayət işi üzrə istintaq tamamlanaraq məhkəmələrə göndərilib. Həmin işlər üzrə bəraət hökmü olmayıb. Cinayət işləri üzrə 19 şəxs barəsində həbs qətimkan tədbiri seçilib.